Azərbaycan – Norveç: Akkreditasiya üçün qeydiyyat başladı
30 oktyabr 2014 16:20
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Norveç oyunu üçün akkreditasiya qeydiyyatına start verilib. Azerisport.az xəbər verir ki, akkreditasiya almaq istəyən KİV nümayəndələri noyabrın 10-dək qeydiyyatdan keçməlidilər.
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
1. Qeydiyyatdan keçənin adı, soyadı
2. Təmsil etdiyi KİV
3. Vəzifəsi
4. 3x4 ölçüdə, elektron formatda şəkil
Yuxarıda qeyd olunanlar 10 noyabr saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.