Cem Fələk oynadı, Aberdin uduzdu
30 oktyabr 2014 16:00
Futbol üzrə Azərbaycanın U-19 yığmasının oyunçusu Cem Fələk Şotlandiya "Aberdin"in U-20 komandasının heyətində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası "Dandi" ilə qarşılaşıb və 2:3 hesabıyla uduzub.
Cem bu oyunun start heyətində yer alsa da, 78-ci dəqiqədə əvəzlənib.