Ramin Musayev: Onile peşəkar idisə, niyə elə oyunda meydana çıxıb?
30 oktyabr 2014 14:45
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Turan"ın sabiq müdafiəçisi Valeri Onilenin 2008/09 mövsümündə "Neftçi"yə oyun satmaları barədə açıqlamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əgər Onile özünü peşəkat sayırsa, o zaman niyə baş məşqçinin elə sözlərindən sonra meydana çıxırdı? Məni ən çox təəccübləndirən onun belə bir açıqlamanı oyundan beş il sonra verməsidi".