Mehdiyev kubok matçında da lazım olmadı
30 oktyabr 2014 12:15
Türkiyə kubokunda 3-cü turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin çıxış etdiyi "Girəsunspor" səfərdə "Bayrampaşa" ilə üz-üzə gəlib.
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, Girəsun təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb. Çempionat oyunlarında forma şansı əldə edə bilməyən Mehdiyev isə kubok matçında da komandasına kömək edə bilməyib. Futbolçunun adı heç matçın iştirak ərizəsinə də daxil edilməyib.