Qarabağın rəqibi son anda sevindi
30 oktyabr 2014 11:05
Futbol üzrə İtaliya A Seriyasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "İnter" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Sampdoriya" ilə qarşılaşıb və minimal hesablı qələbəyə sevinib. Oyundakı yeganə qolu 90-cı dəqiqədə penaltidən fərqlənən İkardi vurub.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi hazırda 15 xalla 8-ci yerdə gedir.