Şehiç: Əsas odu ki, liderliyi qoruduq
30 oktyabr 2014 00:35
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heç-heçə etdiyimizə görə şadam. "İnter" bizi yaxşı analiz etmişdi. Onlar müdafiədə yaxşı oynadılar. Əsas odu ki, liderliyimizi qoruduq".