Tərlan Əhmədov: Belə qol buraxmaq üzücüdü
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Açığı, oyunun ağır keçəcəyini bilirdik. “Bakı”ya məğlubiyyətdən sonra komandanı toparlamaq çətin idi. Buna baxmayaraq, fərdi söhbətlər etdik. Oyunda çevriliş edə bildik. Son dəqiqələrdə qol buraxmaq isə üzücüdü, xoşagəlməzdi. Futbolda belə hallar olur. Gələcəyə ümidlə baxmaq lazımdı. Qarşıda çox oyunlar var. Düzdü, bu gün qalib gələ bilmədik. Amma sevindirici haldı ki, komandam tələb olunan futbolu sərgiləyir. Mən futbolçularımı ona görə alqışlayıram ki, 0-1 hesabı ilə məğlub durumda olduğumuz halda 2 qol vurdular. Bizi qarşıda çətin “Neftçi” oyunu gözləyir. Həmin qarşılaşmaya hazırlaşmalıyıq”.