Georgi Çixradze: Heç-heçə məntiqli nəticə oldu
29 oktyabr 2014 19:30
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Maraqlı oyun keçdi. Biz oyun ərzində 4 qol izlədik. İlk hissədə üstün olan tərəf biz idik. İkinci hissədə AZAL daha üstün çıxış etdi. AZAL-ın bizi ikinci hissədə cəzalandırdığını da deyə bilərik. Oyunun sonlarında biz toparlandıq, xarakter göstərdik. Qarşılaşmanın heç-heçə bitməsi məntiqli oldu”.