Mirhüseyn Seyidov: Bakı ilə oyunun ağır olacağını bilirdik
29 oktyabr 2014 17:35
"Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Ağır oyun olacağını bilirdik. "Bakı" Jabanı heyətə qaytarmaqla keçmiş günlərini yada salmağa çalışır. Biz onların xal və ya xallar qazanmaq fikrində olduqlarını bildiyimizə görə sonadək mübarizə apardıq. Şadam ki, qalib gəldik".