Türkiyəli futbolçu Bakıdan 120 000$ tələb edir
29 oktyabr 2014 00:35
"Bakı"nın daha bir sabiq futbolçusu keçmiş klubundan ona olan borcu tələb edir. Belə ki, ötən ilin yayında "zolaqlılar"ın heyətində 6 oyuna çıxan Ferdi Elmas paytaxt təmsilçisinin ona olan borcunu hələ də ödəmədiyini iddia edir.
Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib: "Klub mənə 120 dollar borcludu. Öyrəndim ki, maliyyə problemləri var. Necə edəcəyim haqda çox düşündüm. Sonradan vəkilimlə söhbətləşdim və FİFA-ya şikayət etməyə qərar verdik. Onların qərarını gözləyirik".