Nikola Kaliniç: Dnepr Qarabağdan güclüdü
Ukraynanın "Dnepr" klubunun hücumçusu Nikola Kaliniç Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki rəqiblərindən olan Azərbaycan çempionu "Qarabağ"la növbəti oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına müsahibəsində aşağıdakı fikirləri səsləndirib:
- Bir neçə gün öncə "Qarabağ"a qarşı uğursuz çıxış etdiz. Necə düşünürsən, səfərdə vəziyyəti düzəldə biləcəksiz?
- Fikrimcə, biz onlardan güclüyük. Amma onların da yaxşı komandası var. Heyətdə braziliyalılar var. Makedoniya yığmasının futbolçusu da yaxşı oyunçudu.
- Bakıdakı oyunu son şans saymaq olar?
- Fikrimcə, son şansdı. Ona görə qələbə qazanmaq lazımdı.
- "Dnepr" niyə ev və səfər oyunlarında tam fərqli nəticələr göstərir?
- Biz burada öz azarkeşlərimizin gözü qarşısında oynayırıq. "İnter" və "Qarabağ"a qarşı da burada çıxış etsəydik, stadion tam dolu olardı.
- Qarşıdakı oyunlar arasında hansı daha çətin olacaq - "Dinamo", "Şaxtyor", ya "Qarabağ"?
- Hər biri çətin oyun olacaq.
- Bu komandanız üçün, bəs şəxsən sizin üçün?
- Bilmirəm... Yəqin ki, Kiyev klubuna qarşı oyun.