Beşiktaşın sabiq oyunçusu: Foqtsu əvəzləməyə hazıram
27 oktyabr 2014 12:45
Futbol üzrə Türkiyə yığmasının və "Beşiktaş" klubunun sabiq müdafiəçisi İbrahim Üzülməz Azərbaycan millisini çalışdırmağın əleyhinə deyil. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Berti Foqtsun Azərbaycan yığmasından getməsindən xəbərim var. AFFA mənə təklif göndərsəydi, məmnuniyyətlə millinizi çalışdırardım. Amma mənə elə gəlir ki, Azərbaycan yığmasını yerli mütəxəssis çalışdırmalıdı. Çünki o, azərbaycanlı futbolçuların imkanlarını daha yaxşı bilir. Yığma belə olan halda uğur qazana bilər".