Kristof Qaltye: Qarabağın qələbəsinə təəccüblənmədim
26 oktyabr 2014 16:00
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsindəki rəqibləri olan Azərbaycan çempionu "Qarabağ"ın Ukrayna "Dnepr"i üzərində səfər qələbəsindən danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Qarabağ"ın qələbəsinə təəccüblənmədim. Əlbəttə, bu komanda Avropada çox tanınmır. Amma mən onların qalib gələcək gücdə olduqlarına əmin idim. "Qarabağ"la ev oyunumuz bizim üçün böyük əhəmiyyət daşıyaaq. Qrupumuzun səviyyəsi biz düşündüyümüzdən də yüksəkdi".