Vüqar Nadirovun zədəsi ciddi deyil
26 oktyabr 2014 00:50
"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun durumuna aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"inə qarşı səfər oyununda zədələnən futbolçunun vəziyyəti yaxşıdı.
Ötən gün tibbi müayinədən keçən hücumçunun zədəsinin ciddi olmadığı müəyyənləşib. Bu üzdən də o, bu gün keçiriləcək "Xəzər Lənkəran"la Premyer Liqa görüşündə forma geyə biləcək.