Rail Məlikovun komandası darmadağınla üzləşdi
26 oktyabr 2014 00:10
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası "Dənizlispor" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Boluspor"la qarşılaşıb. Oyun dənizlilərin 0:3 hesablı darmadağını ilə başa çatıb. Məlikov komandasının məğlubiyyətini sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Dənizlispor" hazırda 8 xalla 11-ci pillədə qərarlaşıb.