Mahir Şükürov Branimir Subaşiçin komandasına qol vurdu
26 oktyabr 2014 00:05
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası "Karşıyaka" və Branimir Subaşiçli "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən komandalar Manisada bir-biri il üz-üzə gəlib. "Manisaspor" öz meydanında bu rəqibinə məğlub olub. Həm Subaşiç, həm də Şükürov 90 dəqiqə meydanda olub. Mahir 20-cid dəqiqədə komandasının ilk qoluna imza atıb. Branimir isə 73-cü dəqiqədə sarı vərəqə almaqla "fərqlənib".
Qeyd edək ki, "Karşıyaka" hazırda 11 xalla 7-ci pillədə qərarlaşıb. "Manisaspor" isə 4 xalla sonuncu - 18-cidi.