Georgi Çixradze: Çox yaxşı oynadıq
25 oktyabr 2014 20:30
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Araz Naxçıvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 4:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu gün çox yaxşı oynadıq. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Rəşad Eyyubovu 3 qol vurması münasibəti ilə təbrik edirəm. İlk hissədə top itirsə də, sonradan het-trik edib yaxşı hücumçu olduğunu nümayiş etdirdi. Azarkeşin istəyi çox qol görməkdi. Biz də bunun üçün çalışdıq. Çempionatda bütün rəqiblər güclüdü. Biz bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq”.