Erat üçün 90 dəqiqə
25 oktyabr 2014 20:00
Almaniya ikinci Bundesliqasında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - Düsseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Kayzerslautern"lə qarşlaşıb. Oyun 1:1 hesabıyla başa çatıb.
Erat bu oyunda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Eratın komandası 20 xalla ikinci pillədə qərarlaşıb.