Tərlan Əhmədov: Özümü bağışlaya bilmirəm
25 oktyabr 2014 19:35
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyunun ağır keçəcəyini futbolçulara çoxdan demişdim. Özüm bunu hiss edirdim. Bəzi komandalara qarşı futbolçular özlərini hazırlaya bilmirlər. Əsas səhv isə məndə oldu. Heyətdə böyük dəyişiklik etmişdim. Bunun da acısını yaşadım. Mən özümü bağışlaya bilmirəm. Bir neçə gün burada olmamağım işə təsir etdi. Futbolçularla söhbət edə bilmədim. Bizi qarşıda ağır oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq".