İki oyun təxirə salındı
25 oktyabr 2014 16:55
“Bakılı” klubu Peşəkar Futbol Liqasına müraciət edərək 25 oktyabr - 4 noyabr 2014-cü il tarixlərində klubun 5 üzvünün Azərbaycan çimərlik futbolu üzrə milli yığma komandasının heyətində Dubay şəhərində təlim məşq toplanışında iştirak edəcəyini və bu səbəbdən də 1-ci divizionun “Bakılı” – “Şuşa” və “Mil-Muğan” – “Bakılı” matçlarının başqa tarixə keçirilməsini xahiş edib. Azerisport.az xəbər verir ki, bunu nəzərə alan Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edib:
1. 1-ci divizionun 8-ci turunun “Bakılı” – “Şuşa” matçı 26 oktyabr 2014-cü il tarixindən başqa tarixə keçirilsin.
2. 1-ci divizionun 9-cu turunun “Mil-Muğan” – “Bakılı” matçı 31 oktyabr 2014-cü il tarixindən başqa tarixə keçirilsin.