Mahmud Qurbanov Türkiyəyə gedir
25 oktyabr 2014 15:05
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini icra edən Mahmud Qurbanov Türkiyəyə gedir. Azerisport.az xəbər verir ki, o, PTT 1-ci Liqada oktyabrın 26-da, Samsun şəhərindəki “Samsun 19 Mayıs” stadionunda keçiriləcək “Samsunspor” – “Elazığspor” oyununu izləyəcək.
Qeyd edək ki, "Elazığspor"da yığmamızın üzvü Cavid İmamverdiyev çıxış edir.