Ristoviç Bakını tərk etməyə tələsmir
25 oktyabr 2014 00:15
"Bakı"nın yarımmüdafiəçisi Risto Ristoviçə başqa komandalardan təklif gəlib. Azerisport.az xəbər verir ki, futbolçu hazırda həmin təklifləri nəzərdən keçirməkdədi.
Amma o, Azərbaycan paytaxtını tərk etməyə tələsmir. Məsələ burasındadı ki, klubun ona olan borcunu tam ala bilməyən futbolçu, öncə bu problemini yoluna qoymağı planlaşdırır.