Fotoreportaj|Video|На русском

Futbol

Sadıqov: Foqts böyük şəxsiyyət olduğunu elə sözünün üstündə durmaqla göstərdi

24 oktyabr 2014 18:00

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanması, eləcə də millinin baş məşqçisi postunda baş verən dəyişikliklə bağlı yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla söhbətləşdik. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən oyunda “Qarabağ” ilk qələbəsini qazanmaqla tarixi uğura imza atmış oldu. Kiyevdə “Dnepr”lə baş tutan oyun haqda fikrinizi bilmək maraqlı olardı.
- “Qarabağ” bu gün qürurumuzdur. Nümayiş olunan oyun onu göstərdi ki, artıq bizdə də Avropa səviyyəli komanda formalaşdırılıb. Bu gün rəqibin kimliyindən asılı olmayaraq, öz dəst-xətti ilə seçilən, nəticəyə yönəlik oyun qurmağı bacaran məşqçimiz və komandamız var. Kiyevdəki oyunda da bunun şahidi olduq. Ukrayna çempionatında məğlubiyyətsiz lider olan “Dnepr” komandamızın qarşısında aciz idi. Meydanda heç bir qol epizodu yarada bilməyən, nə etmək istədiyi anlaşılmayan “Dnepr” gördük. Təbii ki, burada “Qarabağ”ın da yaxşı oyununu qeyd etməliyik. Düzgün seçilən taktiki gedişlər, mövqelər üzrə futbolçular əks-hücumlarda daha yaxşı çıxış etməyimizə imkan verdi. Nəticədə həm qol vurduq, həm də bir neçə real epizod yaratdıq.

- Hazırkı məqamda “Qarabağ”ın qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsiniz?
- Bizi çətin, ağır cavab qarşılaşması gözləyir. Bu matç vəziyyətə 70-80 faiz aydınlıq gətirə bilər. Cavab oyununda Qurban Qurbanov düzgün taktika seçməlidir ki, rəqib üçün boşluqlar yaradılmasın. Kiyevdəki oyun sübut elədi ki, “Dnepr”ə boşluq verməyəndə onlar nə edəcəklərini bilmirlər. Onlara boşluq lazımdır ki, ondan sürətlə istifadə etsinlər. Bunu “Qarabağ”ın məşqçiləri də futbolçuları da yaxşı başa düşür və onlara cavab oyununda öz üstünlüklərini nümayiş etdirməyə imkan verməyəcəklərinə inanıram. Azarkeşlərin dəstəyi ilə lazım olan qələbəni qazanacağımızı düşünürəm. “İnter”lə də Bakıda oyunumuz var. Ola bilsin, həmin vaxta qədər onlar qrup liderliyini təmin etsinlər və birgə növbəti mərhələyə yüksələk. Çünki “Sent-Etyenn”lə Bakıdakı oyun potensialımızın qat-qat çox olduğunu sübut elədi və ümid verdi ki, səfərdə də lazım olan nəticəni qazanacağıq. “Sent-Etyenn” elə-belə komanda deyil. Hərçənd hələ ki qol vura bilməyiblər, amma qol da buraxmayıblar.

- Milli ilə bağlı nə deyə bilərsiniz? Berti Foqtsun istefası gözlənilən idi?
- Yığmanı ağır oyunların gözlədiyini bilirdik. Açığı, Bolqarıstanla matçdan xalla ayrılacağımıza ümid edirdik. Berti Foqts rəsmi oyunlar öncəsi açıqlamasında yığmanın pley-offa vəsiqə qazanmağa hazır olduğunu bildirəndə bizdə belə fikir yarandı ki, komanda buna hazırdır. Düzdür, Bolqarıstanla bərabər səviyyədə keçən oyunun son dəqiqələrində buraxdığımız səhvdən sonra məğlub olduq. Psixoloji durumumuzun yaxşı olmadığı vaxtda çətin səfər qarşılaşmalarına yollandıq. Yığmamızın İtaliya kimi güclü komandaya qarşı sona qədər mübarizə apardığını gördük. Ancaq bu oyun göstərdi ki, komandamızın potensialı imkan vermir ki, qısa vaxt ərzində digər favorit - Xorvatiya ilə matçdan müsbət nəticə ilə ayrıla bilərik. Millinin məğlubiyyəti hardasa gözlənilən idi, amma böyükhesablı yenilgi ağlımıza gəlmirdi. Çünki yığmanın  bu cür hesabla uduzmağını çoxdan yaddan çıxarmışıq. Elə Berti Foqtsun fəaliyyət dövründə komanda belə məğlubiyyətlərdən qurtulmuşdu. Nə baş verdi, bunu Foqts bizdən daha yaxşı bilir. Mətbuat konfransında gələcəyini yığmamızla görmədiyini deyəndə, açığı inanmırdıq ki, o, sözünün üstündə duracaq. Ancaq Berti Foqts böyük şəxsiyyət olduğunu elə sözünün üstündə durmaqla göstərdi.

- Foqts 7 ilə yaxın millinin baş məşqçisi oldu. Bu müddət ərzində o, hansı müsbət və mənfi məqamları ilə yadda qaldı?
- Berti Foqtsun rəhbərlik elədiyi komanda idi ki, son seçmə mərhələdə 9 xal toplamaqla bizə sevinc bəxş etdi. Komanda tarixində ilk dəfə olaraq seçmə mərhələni 4-cü pillədə başa vurdu. Reytinq cədvəlində xeyli irəlilədik və milli 73-cü pilləyə qədər yüksəldi. Məhz bu göstəricilər və Berti Foqtsun sözləri ümid verirdi ki, yığmamız AVRO-2016-nın pley-off mərhələsinə vəsiqə qazanacaq. Yeri gəlmişkən, 6 ay onunla birgə çalışmışam və peşəkar məşqçi olduğunu bildirməliyəm. Ancaq onun xasiyyətindən doğan bəzi xüsusiyyətlər bundan artığına nail olmağa imkan vermədi. Ola bilsin, futbolçu və baş məşqçi kimi dünya və Avropa çempionu olması, buna görə də özünü   üstün tutması Foqtsun işinə maneçilik yaratdı. Hər dəfə uğursuz nəticədən sonra futbolçuları, klub məşqçilərini qınayırdı, məğlubiyyətin səbəbini gah fiziki hazırlığın aşağı olmasında, gah da oyunçuların sırf pula görə oynamalarında görürdü. Fikrimcə, bu cür qınaqdansa, tez-tez bir araya gəlmək, əlaqəli şəkildə işləmək daha üstün və faydalı olardı. Həmin futbolçularla tarixi 9 xalı topladıq, dördüncü pilləni tutduq, qrup çərçivəsində keçirdiyimiz 10 oyunun cəmi 3-də məğlub olduq. Xeyli vaxt bir yerdə çalışdıqdan, bu cür nəticələr qazandıqdan, eyni zamanda onlara ümid olub pley-offa yüksəlməyə çalışacağımızı açıqladıqdan sonra futbolçuları pulgir adlandırmaq, onları fiziki cəhətdən zəif hesab etmək, klublarda işlərin peşəkarcasına qurulmadığını demək nə dərəcədə düzgündür? Bax problem belə şeylərdən yarandı.

- Gələn ay milli Norveçlə qarşılaşacaq və komandanı oyuna Mahmud Qurbanov çıxaracaq. Bu matç və təyinatla bağlı nə deyə bilərsiniz?
- Üç məğlubiyyət bizi hardasa hədəfimizdən bir qədər kənarda qoyur. Ancaq rəqibimiz üçüncü yer uğrunda mübarizə aparan komandadır. Əgər onları məğlub etsək, cəmi 3 xal geri qalacağıq. Nə qədər çətin olsa da, hədəf olmalıdır. Mahmud Qurbanovun rəhbərliyi altında yığmamızın müsbət addım atmaqla, yaxşı oyun nümayiş etdirməklə azarkeşlərimizi sevindirəcəyinə inanıram. Qurbanovu başa düşürəm. Yığmanın baş məşqçisi kimi ilk oyununa çıxacaq və istər-istəməz müəyyən qədər həyəcanlı olacağı gözləniləndir. Futbolçularımızın Mahmud Qurbanovla birgə vəhdət yaradıb güclü komanda şəklində mübarizə aparacağına inanıram. Milli komanda qürurumuz, şərəfimizdir.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah