Ansi Aqolli: Muaremin qol vuracağına inanırdım
24 oktyabr 2014 14:40
“Qarabağ”ın albaniyalı futbolçusu Ansi Aqolli Avropa Liqasının qrup mərhələsində keçirilən “Dnepr” matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına danışan təcrübəli müdafiəçi Ukrayna klubu üzərindəki 1:0 hesablı qələbəni belə şərh edib:
"Dnepr" kimi kluba qarşı çox yaxşı oynadıq. Oyunumuz alındı və bunun sayəsində qələbə qazandıq. Çox şadıq. Muaremin həmin epizodda qol vuracağına inanırdım. Oyunu öz üzərinə götürdü və dəqiq zərbə vurdu. Artıq bu oyunu unudub "Xəzər Lənkəran"la görüşü düşünməliyik. Həmin oyunda da 3 xal qazanmalıyıq".