Qarabağ UEFA reytinqində ən yaxşı oldu, Azərbaycan rekordu yeniləndi
Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə səfər oyunundakı tarixi qələbə sayəsində UEFA reytinqindəki mövqeyini yaxşılaşdırıb. Azerisport.az xəbər verir ki, 1:0 hesablı qələbə komandamızı 154-cü pilləyə yüksəldib.
Ağdam klubunun hesabında 9.400 reytinq xalı var. "Qarabağ" bu uğuru sayəsində "Neftçi"ni qabaqlayaraq Azərbaycanın UEFA reytinqindəki ən yaxşı komandasına çevrilib.
"Neftçi" 8.900 xalla 177-cidi pillədə qərarlaşıb. Üçüncü yerdə isə 4.900 xalla 270-ci pillədə qərar tutan "İnter" gəlir.
Digər təmsilçilərimizə gəlincə, "Xəzər Lənkəran" 4.150 xalla 298-ci, "Bakı" 3.150 xalla 340-cı, 2.650 xala malik "Qəbələ" və AZAL isə 363-cüdü.
Qeyd edək ki, ölkələrin reytinqində Azərbaycan hazırda 12.000 xalla 29-cu pillədədi. Klublarımız cari avrokubok mövsümündə bütövlükdə 3,125 xal toplayıb. Hansı ki, bu, indiyəqədər klublarımızın bir avrokubok mövsümü ərzində qazandıqları xallar arasında rekord göstəricidi. Amma "Qarabağ"ın qarşıda daha bir neçə oyunu olduğunu nəzərə alsaq, rekordumuzun yenilənməsi istisna deyil.