Payız turnirini Şimşək qazandı
24 oktyabr 2014 11:30
AFFA-nın və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman kompleksində eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə "Payız turniri" başa çatıb. Azerisport.az xəbər verir ki, turnirin qalibi “Şimşək” komandası olub.
2-ci yeri “Birlik”, üçüncü pilləni isə “Zirvə” tutub. “Bilik” komandasının üzvü Mürşüd Hüseynov ən yaxşı qapıçı, “Zirvə” komandasından Güləli Baxşıyev isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Şimşək” komandasının üzvü Telman Hüseynov olub.