Bir oyunun başlama vaxtı dəyişdirildi
23 oktyabr 2014 17:00
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 8-ci turun “Şəmkir” – “Mil-Muğan” oyununun başlama vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, öncədən bu görüşün saat 14:00-da start götürəcəyi bildirilirdi.
Lakin Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı son məlumata görə, bu qarşılaşma nəzərdə tutulandan 1 saat gec - 15:00-da başlayacaq.
1-ci divizion
8-ci tur
26 oktyabr
Şəmkir - Mil-Muğan
Hakimlər: Anar Niyazov, Habil Əliyev, Ruslan Babayev, Samir Hüseynov.
Hakim-inspektor: Namiq Qasımov.
Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu, 15:00.