Nazim Süleymanov: Qarabağ ən azı heç-heçə etməlidi
23 oktyabr 2014 15:15
Futbol üzrə Azərbaycan yığmasının sabiq futbolçusu Nazim Süleymanov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna "Dnepr"i ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün bütün futbolsevərlər ekran başında olacaq. Çünki son Azərbaycan çempionu cari mövsümdəki ən vacib oyunlarından birinə çıxacaq. Ukrayna futbolu SSRİ dövründə olduğu kimi, indi də çox güclüdü. Avropada öz reytinqi var. Rəqibin bütün oyun ərzində matça nəzarət etməyə çalışacağına şübhə etmirəm. Amma "Qarabağ"ın da öz səviyyəsi var. Komandamızdan uğurlu nəticə gözləyirəm. Ən azı heç-heçə etməlidilər".