Millimizin üzvü Aberdinə Seltik üzərində qələbə qazanmağa kömək etdi
22 oktyabr 2014 17:30
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının üzvü Cem Fələk Şotlandiyanın "Aberdin" klubunun gənclərdən ibarət komandasının heyətində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, "Seltik"ə qarşı görüşdə fasilədən sonra meydana çıxıb.
Qarşılaşma isə 2:1 hesabıyla "Aberdin"in xeyrinə başa çatıb.