"Çətinliklər, problemlər var"
22 oktyabr 2014 17:05
Azərbaycan Kubokunun 1/16 final mərhələsində “Lokomotiv”i məğlub edən MOİK növbəti mərhələyə yüksəldi. Azerisport.az xəbər verir ki, 0:1 hesablı məğlubiyyətlə üzləşən "Lokomotiv"in baş məşqçisi İlqar Hüseynov oyundan sonra bunları söyləyib:
"İlk növbədə rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun oldu. İlk hissədə yaxşı şanslarımız olsa da, yararlana bilmədik. Biz yeni kollektiv qurmuşuq. Çətinliklər, problemlər var. Biz bunu aradan qaldırmalıyıq. MOİK-ə isə “Qarabağ”la oyunda uğurlar arzu edirəm”.