Qarabağ və Neftçinin ilk rəqibləri bəlli oldu
22 oktyabr 2014 16:00
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verildi. Azerisport.az xəbər verir ki, ilkin - 1/16 final mərhələsində iki oyun baş tutdu.
MOİK "Lokomotiv"lə qarşılaşdı və bu rəqibinə qalib gələrək, adını 1/8 finala yazdırdı. "Qaradağ Lökbatan" isə "Zirə"dən üstün oldu.
Nəticədə, bu komandalar 1/8 finalda rəqibini gözləyən "Qarabağ" və "Neftçi" ilə qarşılaşmaq hüququ qazandılar. Qeyd edək ki, Ağdam klubu MOİK-lə, paytaxt təmsilçisi isə "Qaradağ Lökbatan"la üz-üzə gələcək.
Növbəti mərhələnin oyunları dekabrın 3-də keçiriləcək. 1/8 final mərhələsinin bütün cütlükləri belədi:
Sumqayıt - Bakı
Xəzər Lənkəran - Araz Naxçıvan
Simurq - Rəvan
Neftçala - AZAL
Qarabağ - MOİK
Şahdağ - İnter
Qəbələ - Ağsu
Neftçi - Qaradağ Lökbatan