Derbinin yeri və vaxtı dəyişdirildi
22 oktyabr 2014 13:15
Topaz Premyer Liqasının 9-cu turunda keçiriləcək bir oyununun yeri və vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, "Neftçi" - "İnter" oyununun öncədən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcəyi və saat 14:00-da start götürəcəyi xəbər verilmişdi.
Amma Peşəkar Futbol Liqasının rəsmi saytı bu gün həmin matçın "Bakcell Arena”da baş tutacağını açıqlayıb. Qarşılaşma öncədən nəzərdə tutulandan 2 saat sonra, 16:00-da start götürəcək.
Topaz Premyer Liqası
9-cu tur
26 oktyabr (bazar)
Neftçi - İnter
Bakı. “Bakcell Arena”, 16:00.