Qurban Qurbanov: Mahmud Qurbanovun təyinatını gözləyirdim
21 oktyabr 2014 20:00
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Mahmud Qurbanovun yığmamızın baş məşqçisi postuna müvəqqəti təyinatından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən bu təyinatı gözləyirdim. Ona uğurlar arzulayıram. Mahmud Qurbanovla birgə oynamışam və onu yaxşı tanıyıram. Fikrimcə, o, yığmanı toparlaya və qarşıdakı oyunda yaxşı nəticə qazana biləcək".