Qarabağ Ukraynada məşq etməyəcək
21 oktyabr 2014 19:10
Sabah Kiyevdəki "Olimpiya" stadionunda Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Dnepr" - "Qarabağ" oyunu öncəsi mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, öncə jurnalistlərin suallarını "Dnepr"in baş məşqçisi Miron Markeviç cavablandıracaq.
Ardından "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov oyun öncəsi fikirlərini açıqlayacaq.
"Dnepr"in oyunöncəsi son məşqi saat 20:00-da start götürəcək. "Qarabağ" isə məşq etməyəcək. ("Dnepr"in saytı)