Mehdiyev klubuna yenə də lazım olmadı
21 oktyabr 2014 15:00
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası "Girəsunspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Osmanlıspor"la üz-üzə gəlib. Görüş ev sahibi komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Mehdiyevin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Girəsunspor" 4 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.