Araz Naxçıvanla Simurq futbolçusunu 1 oyunluq itirdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Qarabağ” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Araz Naxçıvan” - AZAL matçının 44-cü dəqiqəsində “Araz Naxçıvan”ın futbolçusu İlqar İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“İnter” – “Simurq” matçının 89-cu dəqiqəsində “Simurq”un futbolçusu Elmir Sulxayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.