Azərbaycan çempionunu UEFA Kubokunda biabır etdilər
20 oktyabr 2014 16:25
Bu gün UEFA Regionlar Kubokunda qrup mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu "Çağırğan" bu turnirə çox uğursuz start verib.
Təmsilçimiz Xorvatiya təmsilçisi "Zaqreb Regionu"na biabırçı hesabla uduzub - 1:7.
"Çağırğan" bu oyuna aşağıdakı heyətlə çıxıb: Musa Musazadə, Elvin İbrahimov, Tofiq Aslanov, Vasif Nəsirov, Şirin Şirinov (k), Ramil Abbasov, Elvin Bayramov, Ceyhun Masanov, Afiq Yusifov, Rafiq Səfiyarov, Bəxtiyar Məsiməliyev.
Qrupun digər oyununda RTU (Latviya) İsveçrə "Vesterqetland"ı ilə qarşılaşacaq.