Yığmamız Tino Peresə həvalə olundu
20 oktyabr 2014 16:15
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, yığmamızın baş məşqçisi vəzifəsi ispaniyalı mütəxəssis Faustino Peres Moreno Qomesə (Tino Peres) həvalə olunub.
Onun bu vəzifəyə təyinatının təsdiqi AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq. (AFFA)