Neftçi Rusiyada 4-cü oldu
20 oktyabr 2014 13:45
“Neftçi”nin U-13 komandası Rusiyanın Soçi şəhərində təşkil olunan “Dəri top” turnirini başa vurub. Azerisport.az xəbər verir ki, baş məşqçi Eldəniz Məmmədovun yetirmələri 3-cü yer uğrunda oyunda “Voronej” klubu ilə qarşılaşıb.
0:1 hesabı ilə məğlub olan komandamız turnirdə 4-cü yeri tutub.
Qeyd edək ki, “Neftçi” A qrupunda "Kalininqrad" (2:0), Qazaxıstanın “Kostanay” (0:3), Abxaziyanın “Ritsa” (5:1) və “Soçi” (1:1) komandaları ilə qarşılaşmışdı. (klub saytı)