Sumqayıt Qəbələ ilə oyunun hazırlığına başladı
20 oktyabr 2014 13:35
Topaz Premyer Liqasının növbəti turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" 1 günlük istirahəti başa vurub. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da səhər məşqinə çıxıb.
"Neftçi" ilə qarşılaşmada zədələnən Tofiq Mikayılovdan başqa, Bəxtiyar Həsənalızadə də zədə səbəbindən məşqdə iştirak etməyib.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu oktyabrın 24-də keçiriləcək. (klub saytı)