Azərbaycan futbol ailəsinin 70000-ci üzvü
20 oktyabr 2014 13:25
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Azerisport.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 70 min nəfərə çatıb.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 70000-ci üzvü bu ildən etibarən təşkil olunmuş U-10 Liqasında çıxış edən UGİM Bərdə komandasının üzvü, 6 yanvar 2007-ci il təvəllüdlü Hasib Teymur oğlu Mustafazadədi. (AFFA)