Foqts Bundesliqa klublarının birində çalışmaq istəyir
20 oktyabr 2014 13:15
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Almaniya Bundesliqasında çıxış edən klublardan birində çalışmaq arzusunda olduğunu dilə gətirib. Azerisport.az xəbər verir ki, o, "Bild"ə açıqlamasında bunları söyləyib:
"Mən hər gün meydanda məşq keçməkdən yorulmuşam. İndi daha çox hansısa klubda idman direktoru, menecer və ya bunlara oxşar bir vəzifədə çalışmaq xoş olar. Almaniyada? Təbii ki, niyə də olmasın?"
Qeyd edək ki, Foqts oktyabrın 17-dən etibarən Azərbaycan millisindən ayrılıb.