Əliyev Ağayev Qalatasaray - Borussiya matçına təyinat aldı
20 oktyabr 2014 12:55
FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin D qrupunda oktyabrın 22-də, Türkiyənin İstanbul şəhərindəki Esenyurt İncirtepe stadionunda keçiriləcək “Qalatasaray” (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Ona Rza Məmmədov və Knyaz Əmiraslanov kömək edəcək.