Qarabağ Kiyevə oyundan 1 gün öncə gedəcək
20 oktyabr 2014 11:40
Avropa Liqasının qrup mərhələsinin 3-cü matçında Ukranynada "Dnepr"in qonağı olacaq "Qarabağ" hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Premyer Liqanın son turundakı "Qəbələ matçından sonra bir günlük istirahətə buraxılan Ağdam təmsilçisi gündə 1 məşqlə oyuna hazırlaşır.
"Qarabağ" bu gün və sabah Bakıda məşqə çıxacaq. Oktyabrın 22-də isə təmsilçimiz Kiyevə yollanacaq.
Qeyd edək ki, "Dnepr" - "Qarabağ" matçı Ukraynanın paytaxtındakı Olimpiya stadionunda keçiriləcək. Görüş oktyabrın 23-dən 24-nə keçən gecə Bakı vaxtilə saat 00:05-də start götürəcək.