Qarabağın rəqibi son anda xilas oldu
20 oktyabr 2014 01:40
Futbol üzrə İtaliya çempionatında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "İnter" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Napoli" ilə üz-üzə gəlib. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 2:2. Hesabı 79-cu dəqiqədə qonaqlar açsa da, 82-ci dəqiqədə Quarin "İnter"i məğlubiyyətdən xilas edib. 90-cı dəqiqədə "Napoli" yenidən önə keçsə də, saniyələr sonra Hernanes matçda son nöqtəni qoyub.
Qeyd edək ki, "İnter" hazırda 9 xalla 9-cu pillədə qərarlaşıb.