Ramaldanov: Ümid edirəm ki, Mahmud Qurbanov ölkənin ən yaxşı məşqçilərindən biri olacaq
20 oktyabr 2014 01:10
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanov baş məşqçi Berti Foqtsun istefasından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Foqtsun istefası mənim üçün gözlənilməz oldu. Onun gedəcəyini düşünmürdüm. Mahmud Qurbanova ancaq uğur arzulaya bilərəm. O, Azərbaycan futbolunu yaxşı tanıyır. Ümid edirəm ki, Qurbanov ölkəmizin ən yaxşı məşqçilərindən biri olacaq".