Rail Məlikovsuz Dənizlispor xal itirdi
20 oktyabr 2014 00:40
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası "Dənizlispor" səfərdə "Alanyaspor"la qarşılaşıb.
Oyun 1:1 hesabıyla başa çatıb. Rail qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Hazırda "Dənizlispor" 8 xalla 7-ci yerdə gedir.