Qarabağın rəqibi liderdi
20 oktyabr 2014 00:30
Futbol üzrə Ukrayna çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Dnepr" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Çernomorets"lə üz-üzə gəlib. Oyun ağdamlıların rəqibinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Hesabı 20-ci dəqiqədə qonaqlar açıblar. 37-ci dəqiqədə Andrey Mazux hesaba tarazlıq gətirib. 66-cı dəqiqədə isə Nikola Kaliniç "Dnepr"ə qələbə qazandıran qola imza atıb.
Qeyd edək ki, "Dnepr" hazırda 25 xalla 1-ci pillədə qərarlaşıb.