Şükürov Cavadova qarşı oynadı, darmadağına sevindi
20 oktyabr 2014 00:20
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası "Karşıyaka" öz meydanında digər azərbaycanlı futbolçular - Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budağın çıxış etdiyi "Qaziantep BB" klubunu qəbul edib.
Oyun meydan sahiblərinin 5:2 hesablı qələbəsiylə başa çatıb. Şükürov 90 dəqiqə meydanda olub, sarı vərəqə ilə yadda qalıb. Qonaqların heyətində isə bu matçın iştirak ərizəsinə sadəcə, Cavadov salınıb. O da oyunun 54-cü dəqiqəsində meydana çıxıb.
Hazırda "Karşıyaka" 8 xalla 8-ci, "Qaziantep BB" 4 xalla 17-cidi.