Dadaşov oynadı, komandası məğlub oldu
20 oktyabr 2014 00:05
Almaniyanın Cənub Regional Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının forvardı Rüfət Dadaşovun komandası "Saarbüken" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Gessen-Kasselem"lə qarşılaşıb. Oyun Rüfətin komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Dadaşov meydana 77-ci dəqiqədə çıxsa da, komandasına heç nə ilə kömək edə bilməyib.
Hazırda "Saarbüken" 30 xalla ikinci yerdə gedir.